Xətai rayonunda üç ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin, Xətai rayonu, M.Hadi küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən “Sərxanın dönəri”, Xocalı prospektində fəaliyyət göstərən “Balık-ekmek” və Zığ şosesi, 9 ünvanında fəaliyyət göstərən “Təndir N1” iaşə müəssisələrində monitorinqlər aparıblar.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyənləşdirilib. Çiy dönərin emalı prosesinin qanunvericiliyin tələblərinə uyğun olmayan və antisanitar şəkildə həyata keçirildiyi, qida məhsullarının təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin yoxluğu, temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
“Təndir N1” ictimai iaşə müəssisəsində yararlılıq müddəti ötmüş toyuq məhsulunun anbar sahəsində saxlanıldığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və mütəmadi təmizlik işlərinin aparılmadığı məlum olub. Eyni zamanda çiy dönər məhsulunun hazır şəkildə alındığı bildirilsə də, məhsullara dair müşayiətedici sənədlər təqdim edilməyib.
Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...