Xəbərdarlıq: İyunun 8-dən 11-dək Azərbaycanın rayonlarının bəzi yerlərində yağış yağacaq
İyunun 8-də Bakıda və Abşeron yarımadasında gecə və səhər şimal-qərb küləyinin sürətinin arabir 15-18 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 8-dən 11-dək Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan Muxtar Respublikası) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir saniyədə 15-18, ayrı-ayrı yerlərdə 20-23 metrədək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...