Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı açıqlanıb
Cari ilin 1-ci rübü ərzində vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin icrası ilə bağlı zəruri tədbirlər həyata keçirilib.
Fhnews.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, hesabat dövrü ərzində Dövlət Vergi Xidmətinə 1523 faktiki şikayət daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1287 müraciət və ya 45,8 faiz azdır.
Müraciətlərin 94,2 faizi kameral vergi yoxlamaları, 0,1 faizi səyyar vergi yoxlamaları, 2 faizi operativ vergi nəzarəti və 3,7 faizi digər kateqoriyalı şikayətlərlə bağlı olub.
Şikayətlərin 67,2 faizi mikro sahibkarlıq subyektlərinin payına düşüb. Təhlillər göstərir ki, həmin vergiödəyiciləri tərəfindən gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün və vaxtında tərtib olunmaması, elektron qutulara göndərilən uyğunsuzluq məktublarının zamanında oxunmaması, uyğunsuzluq məktublarına əsaslı cavab verilməməsi vergilərin hesablanmasına və ya maliyyə sanksiyasının tətbiqinə səbəb olur, bu da şikayətlərin sayına təsir edir.
Bu ilin 1-ci rübü ərzində daxil olan müraciətlərin sayında əvvəlki ilin müvafiq dövrünə nisbətən nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub. Azalmanın müşahidə olunduğu əsas risk meyarlarından biri “məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” üzrə kənarlaşmaların əvvəlki dövrlərə nisbətən daha dəqiq müəyyənləşdirilərək hesablamalar aparılması, həmçinin inzibati araşdırma gedişatında mütəmadi olaraq həyata keçirilən məlumatlandırma və izahat işləri nəticəsində vergiödəyicilərinin məlumatlanma səviyyəsinin artmasıdır.
Hesabat dövrü ərzində daxil olan müraciətlərin 85,5 faiz 30 iş günü ərzində icra olunub. Yanvar-mart aylarında icra olunmuş 1506 (əvvəlki dövrün sonuna icraatda qalanlar nəzərə alınmaqla) müraciətin 56,6 faizi üzrə icraçı şəxslər tərəfindən görülmüş izahat-məlumatlandırma işləri ilə bəyannamənin düzgün tərtib edilməsi, zəruri təsdiqedici sənədlərin və əsaslandırılmış izahatın vergi orqanına təqdim olunması nəticəsində hesablanmış məbləğlər vergi orqanları tərəfindən azaldılmaqla, 4,2 faizi üzrə “inzibati şikayətin təmin edilməsi barədə” qərar qəbul edilməklə ümumilikdə 60,8 faizi müsbət həll olunub, 1,6 faizi üzrə inzibati şikayətin qismən təmin edilməsi, 27,9 faizi üzrə inzibati şikayətin baxılmamış saxlanılması, 6,2 faizi üzrə inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul edilib.
İnzibati şikayətin baxılmamış saxlanılması haqqında qərarın çıxarılmasına səbəb, əsasən (96,2 faiz halda), vergiödəyicisi tərəfindən şikayətinin geri götürülməsi olub. Belə qərar qəbul edilmiş şikayətlər üzrə bütün zəruri araşdırmalar aparıldıqdan, zəruri sənədlər tələb olunduqdan, vergiödəyicisinin təqdim etdiyi sənədlər araşdırıldıqdan, yaxud sənəd təqdim edilmədiyi halda vergiödəyicisinin fəaliyyəti, hesablanmış vergilərin düzgünlüyü yoxlanıldıqdan sonra ödəyici ilə əlaqə yaradılaraq müvafiq izahat və məlumatlandırma işləri aparılmaqla həmin məbləğin əsaslı olduğu sübuta yetirilib ki, bunun da nəticəsində şikayətlər geri götürülüb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...