Venesuela Argentina təyyarələrinin öz ərazisi üzərində uçuşunu qadağan edib
Venesuelanın "Emtrasur" şirkətinə məxsus təyyarənin Buenos-Ayresdə müsadirə olunmasından sonra Venesuela hakimiyyəti Argentinada qeydiyyatdan keçmiş təyyarələrin öz ərazisi üzərində uçuşunu qadağan edib.
Fhnews.az xəbər verir ki, bu barədə “Clarin” qəzeti məlumat yayıb.
Qərar ilk növbədə Meksika və ABŞ-a uçan “Aerol neas Argentinas” təyyarələrinə aid olub. Bundan əlavə, qadağa Argentinada qeydiyyatdan keçmiş şəxsi təyyarələrə də təsir edib.
Nəşrin məlumatına görə, Argentina Xarici İşlər Nazirliyi Venesuela tərəfinə iki nota göndərib, həmçinin bir neçə həftə əvvəl Venesuelanın Buenos-Ayresdəki səfiri Stella Luqonu çağırıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...