Vatikanda işçilərin etiraz aksiyası
Vatikan Muzeylərinin işçiləri iş şəraitinin yaxşılaşdırılması üçün Papa Fransiskin rəhbərliyinə petisiya göndəriblər.49 əməkdaşın imzaladığı şikayət ərizəsində Vatikan administrasiyasına hər bir işçinin ləyaqətinə və sağlamlığına xələl gətirən iş şəraitinin dəyişdirilməsi istənilib.İşçilərin vəkili Laura Sqro iş vaxtının qısaldılması, maaşların artırılması, sağlamlıq və təhlükəsizlik dəstəyinin yaxşılaşdırılması kimi tələblərin irəli sürüldüyünü bildirib.Sqro İngiltərənin tanınmış qəzetlərindən olan “Guardian”a bunları söyləyib:
“Fəhlələr dəfələrlə fərdi ərizələr yazaraq bu vəziyyəti həll etməyə çalışıblar. Lakin tələblər cavabsız qalıb. Ona görə də belə bir radikal addım atıldı. Uzun illər davam edən müzakirələrdən sonra bu, ilk kollektiv aksiyadır. Hazırda 49 nəfər var, amma düşünürəm ki, yaxın günlərdə bu rəqəm daha da artacaq.”
“Reuters” xəbər agentliyinin məlumatına görə, petisiya Vatikan qanunlarına uyğun olaraq rəhbərlik və işçilər arasında barışıq prosesində ilk rəsmi addımdır. Vəkil bildirib ki, proses nəticə verməsə, Papa Fransisk administrasiyasına qarşı Vatikan Məhkəməsində iddia qaldıracaqlar."Bu hərəkətlə biz konstruktiv prosesə başlamaq istəyirik. Ümid edirik ki, bu, Vatikanda iş qaydalarına ümumi baxış üçün bir fürsət olacaq" -deyə Sqro bildirib.
“Reuters” xəbər verir ki, Vatikanda işçilər bu hərəkətlə görünməmiş hüquqi prosesə başlayıblar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...