Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında maarifləndirici aksiya və fləş-mob keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin tədbirlərin keçirilməsində məqsəd uşaqlar arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının uşaqlar arasında da təbliğ edilməsi və qida təhlükəsizliyi vərdişlərini, onlara bu sahənin vacibliyi ilə bağlı biliklərin aşılanmasıdır.
Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri və Qida Təhlükəsizliyi Könüllülərinin iştirakı ilə keçirilən tədbirlərdə uşaqlara qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib. Həmçinin onlara “Şəkəri azalt, ömrünü uzat!”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydası”, “İmmuniteti artıran vitamin və minerallarla zəngin qidaların istehlakı”, “Sağlam qidalanma rejimi”, “Zərərli qida vərdişləri”, “Şəxsi gigiyena qaydaları” mövzularında maarifləndirici bukletlər və “Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz” adlı kitabçalar paylanılıb, müxtəlif hədiyyələr təqdim olunub.
Maarifləndirici tədbir zamanı uşaqlar Yaşıl Dünya Konsepsiyasında bitki sağlamlığının rolu barədə məlumatlandırılıb, yaşıllığın mühafizəsinin qida təhlükəsizliyi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...