UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir
Gender bərabərliyi sahəsində qlobal irəliləyiş yavaşlayır və bəşəriyyətin bu istiqamətdə daha çox səylərə ehtiyacı var.
Fhnews.az xəbər verir ki, bu fikirlər UNESCO-nun Sosial və humanitar elmlər sektorunun hesabatında yer alıb.
Hesabatda qeyd olunub ki, UNESCO 2023-cü ilin dekabrında Braziliyanın San-Paulo şəhərində keçirilən irqçilik və ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumda mövcud vəziyyəti qiymətləndirmək üçün ilk dəfə gender əsaslı dayanıqlığın ölçülməsi çərçivəsi işə salınıb. Tədbirdə cəmiyyət həyatında fəal iştirak, normal əmək haqqı, qərarların qəbul edilməsində təmsilçilik, təhsil, elm, biznes və təhlükəsizlik sahələrində gender fərqlərinin aradan qaldırılması məsələləri prioritet elan edilib.
UNESCO gender bərabərliyinə mane olan stereotiplərlə bağlı rəqəmlərə müraciət edib. Həm qadınların, həm də kişilərin üçdəbiri zərif cinsin nümayəndələrinin daha çox gəlir əldə etməsini problem olaraq görür. Qadınların gün ərzində kişilərə nisbətən məşğulluq nisbəti 50 faizə yaxındır, bəzi ölkələrdə isə bu göstərici 30-40 faizədək azalır.
Dəyişiklik imkanlarını araşdırmaq üçün UNESCO “Sözlərin çəkisi” adlı süni intellektə əsaslanan təhlili təqdim edib. Burada iş elanlarında gender kodlu funksiyanın qadınların iştirakına və işçi qüvvəsində yüksələn mobilliyə təsirinə işıq salınır. Bu, əmək bazarında cinsiyyətə əsaslanan stereotiplərdən qurtulmağın həm cəmiyyətlərə, həm də iqtisadiyyatlara müsbət nəticələr gətirəcəyini göstərir.
Hesabatda qeyd olunub ki, qlobal miqyasda hər beş kişidən üçü “çörək qazanan” roluna görə təzyiqə məruz qalır, cəmiyyətlər qadınlara və qızlara qarşı ayrı-seçkiliyə davam edərək, onların rifahına və taleyinə də mənfi təsir göstərir.
Bu il UNESCO-nun daha bir təşəbbüsü - “Video oyunlarında gender bərabərliyi axtarışı” irəli sürülüb. Bu oyunlar gender bərabərsizliyi və stereotiplər dünyasıdır. Belə ki, oyun qəhrəmanlarının yalnız 5 faizi qadınlardır. Ən yaxşı 14 oyun şirkətində rəhbər vəzifələrin yalnız 16 faizini qadınlar təşkil edir. UNESCO video oyunları sənayesinin cəmiyyətin mentalitetini yaxşılığa doğru dəyişməsini, o cümlədən onlayn təcavüz və sui-istifadə ilə mübarizə potensialını araşdıracaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...