UNEC 24 ixtisas üzrə təkrar ali təhsilə sənəd qəbulu elan edir
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Zaqatala filialı 2024/2025-ci tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir.
Fhnews.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, təkrar ali təhsilə sənədlərin qəbulu elektron qaydada portal.edu.az və kabinet.unec.edu.az üzərindən həyata keçirilir. Qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə portal.edu.az, sonra isə kabinet.unec.edu.az portalları vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Müvafiq tələblərə cavab verən şəxslər təkrar ali təhsil almaq hüququ qazanacaqlar.
Sənədlərin qəbulu mayın 30-dan avqustun 31-dək aparılacaq. İxtisasların siyahısı və əlavə məlumatla unec.edu.az saytının “Qəbul” bölməsindən tanış olmaq mümkündür.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...