22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

07-05-2024
IMG

“Polsan Anka” MMC-nin Ukrayna Respublikasından idxal etdiyi “Business Meat Product LLC” şirkətinə məxsus 20 ton ət məhsulu partiyasından (dondurulmuş sümüksüz mal əti) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, laborator müayinələr nəticəsində nümunələrdə infeksiya törədiciləri – “Pasteruella multocida” və “Stretococcus pneumonia” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi Xidmətinə ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.

Qeyd edək ki, bu hal istehsalçı şirkətdən ölkəmizə idxal olunan ərzaq məhsullarında aşkarlanmış təkrar uyğunsuzluqdur.

Paylaş: