Türkmənbaşı və Bakı arasında daşımalar üçün azı 20 quru yükdaşıyan gəmi lazımdır
Türkmənistanın “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu Ro-Ro bərələrinin tikintisinə başlamağı planlaşdırır. 2024-cü ildə müəssisə 2 quru yükdaşıyan gəminin tikintisinə başlayıb, onlardan birinin 14 aydan sonra, ikincisinin isə daha 3 ay sonra (yəni, hər ikisi 2025-ci ilin yaz-yayında) istismara verilməsi planlaşdırılır. Bununla yanaşı, ilkin hesablamalara görə, Türkmənbaşı və Bakı limanları arasında ildə 5 milyon ton həcmində əlavə konteyner daşımalarının icrası üçün azı 20 quru yükdaşıyan gəmi lazım olacaq.
Fhnews.az Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin (“Türkməndənizdəryayolları”) mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda “Balkan” tərsanəsinin gücü ildə 4 gəminin tikintisinə və 20 gəminin təmirinə nəzərdə tutulub və Türkmənistan gəmiçiliyinə tam güc üçün investisiyalar lazımdır.
Məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Türkmənbaşı-Ələt xətti ilə daşınan konteynerlərin ümumi sayı 2362 TEU (iyirmi futlu ekvivalent/Twenty-foot Equivalent Unit/TEU) təşkil edir ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...