Türkiyədən Qəzzaya növbəti yardım gəmisi göndəriləcək
Türkiyədən Qəzza zolağına daha bir yardım gəmisi göndəriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz açıqlama yayıb .
Bildirilib ki, cəmiyyət tərəfindən həyata keçiriləcək növbəti yardım gəmisinin yüklənmə işləri artıq başlayıb. Yardımlara qida məhsulları ilə yanaşı, gündəlik gigiyena vasitələri və generatorlar da daxildir. Gəminin aprelin 15-də yola çıxması nəzərdə tutulur.
Qeyd edək ki, oktyabrın 7-dən indiyədək Türkiyədən Qəzzaya səkkiz gəmi və 12 təyyarə ilə 42 min ton humanitar yardım göndərilib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...