Türkiyədə zəlzələ olub
Türkiyənin Tokat vilayətində 5,6 bal gücündə zəlzələ baş verib.
Fhnews.az xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 18:11-də qeydə alınıb.
Ocağı yerin 5,99 kilometr dərinliyində yerləşən zəlzələnin episentri Tokatın Sulusaray rayonudur.
Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya aidiyyəti qurumların bölgədə araşdırmalara başladığını deyib.
Qeyd edək ki, Tokatda gecə saatlarında da ən güclüsü 4,7 bal olan iki zəlzələ qeydə alınıb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...