Türkiyədə “Şərq ekspresi”nə yeni alternativlər işə salınacaq
Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu paytaxt Ankaranı Anadolunun şərq və cənub-şərqi ilə birləşdirəcək yeni turizm dəmir yolu qatarlarının layihəsinin tezliklə reallaşacağını açıqlayıb.
Fhnews.az xəbər verir ki, türkiyəli nazir bununla bağlı deyib: “Ankara ilə Qars arasında fəaliyyət göstərən “Şərq ekspresi” turizm layihəsinin uğurunu nəzərə alaraq, 2024-cü ilin aprel ayından Ankara-Diyarbəkir və Ankara-Tatvan marşrutları üzrə yeni turizm qatarlarının istifadəyə verilməsini planlaşdırır”.
Nazir yeni dəmir yolu səyahət istiqamətlərinin “Şərq ekspresi” ilə eyni populyarlıq qazanacağına əminliyini bildirib.
Uraloğlu vurğulayıb ki, yerli və xarici turistlər iyun ayınadək iki yeni istirahət-turizm istiqamətinin xidmətlərindən istifadə edə bilərlər.
“Mənzərəli təbiəti və tarixi irsi sevənlərin hər birinə Anadoluda xoş vaxt keçirmək imkanı verilir. Bu, fotoqrafiya həvəskarları üçün də əla şansdır”, – deyə o əlavə edib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...