Türkiyədə “Mesopotamiya” turist ekspress qatarının təqdimatı olub
Aprelin 19-dan etibarən Ankara və Diyarbəkir şəhərləri arasında istifadəyə verilməsi planlaşdırılan yeni turizm “Mesopotamiya” ekspress qatarının ilk sərnişinləri jurnalistlər olub və onlar üçün ekskursiya təşkil edilib.
Fhnews.az xəbər verir ki, Ankaradan yola düşən qatar Kayseri, Malatya və Elazığda dayanıb və bir gün sonra son təyinat məntəqəsi Diyarbəkirə çatıb.
Ümumilikdə 180 sərnişin üçün nəzərdə tutulmuş “Mesopotamiya” ekspress qatarının qət edəcəyi məsafənin uzunluğu 1051 kilometrdir.
Türkiyənin Nəqliyyat Nazirliyi əmin edib ki, ekspress qatarında səyahət üçün ən əlverişli şərait yaradılıb və turistlərin bütün tələblərini nəzərə alınıb.
Sərnişinlər Anadolunun mədəni və tarixi görməli yerləri ilə tanış olmaq, habelə Türkiyənin müxtəlif vilayətlərinin yeməklərindən dadmaq imkanı əldə edəcəklər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...