Türkiyədə “Meşə Yanğınları Meteoroloji Erkən Xəbərdarlıq Sistemi” hazırlanıb
Meşə yanğınları təhlükəsinə qarşı ehtiyat tədbirləri görməyə imkan verən “Meşə Yanğınları Meteoroloji Erkən Xəbərdarlıq Sistemi (MEUS)” Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsi tərəfindən hazırlanmışdır.
Nazirlikdən verilən məlumata görə, MEUS-un əsasını temperatur, külək, yağıntı, rütubət və sabit aspekt xəritələrindən ibarət alqoritm təşkil edir. Sistemlə meşə yanğını riski olan ərazilər anında xəritələşdirilir və lazımi tədbirlərin görülməsini təmin etmək üçün müvafiq qurum və təşkilatlarla paylaşılır. Açıqlamada nazir Mehmet Özhasekinin mövzu ilə bağlı qiymətləndirmələri yer alıb. Nazir MEUS ilə saatlıq izlənilən məlumatlara uyğun olaraq, yanğın təhlükəsinə qarşı tədbirlərin görülməsinin təmin edildiyini vurğulayıb.
Meşə sahələrinin həftənin 7 günü 24 saat tarandığını, sistemlə risk analizlərinin anında izlənildiyini ifadə edən Özhaseki mövcud bütün vasitələrdən istifadə edərək yaşıl vətəni qorumağa davam edəcəklərinin vurğulayıb. Qeyd edək ki, “Meşə Yanğınları Meteoroloji Erkən Xəbərdarlıq Sistemi”ndən fəal şəkildə istifadə edilir və əldə edilən məlumatlar anında Meşə Ümumi Müdirliyi və AFAD ilə paylaşılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...