Türkiyə Prezidenti Azərbaycanla Preferensial Ticarət Sazişinə dair Protokolu təsdiq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiq edib.
Fhnews.az xəbər verir ki, müvafiq qərar şənbə günü, mayın 25-də Türkiyə hökumətinin rəsmi orqanı olan “Resmi Gazete” nəşrində dərc olunub.
Preferensial Sazişə daxil edilən malların siyahısının genişləndirilməsini nəzərdə tutan sənəd 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb və bu il fevralın 29-da Türkiyə parlamenti tərəfindən ratifikasiya edilib.
AZPROMO: Beynəlxalq Kənd Təsərrüfatı...
Azərbaycan sentyabrda Dubayda...
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay...
Bakıda IATA Aviasiya Enerji Forumu...
Bakıda Avropa və MDB Poçt Liderlərinin I...