Türkiyə aviaşirkətləri Yaxın Şərqin dörd ölkəsinə uçuşları dayandırıb
“Turkish Airlines” və “Pegasus” aviaşirkətləri İran, İraq, İordaniya və Livana uçuşların dayandırılması barədə qərar qəbul ediblər.
Fhnews.az xəbər verir ki, qərar İranın İsrailə hücumu ilə bağlı Yaxın Şərqdə yaranan, eyni zamanda, ayrı-ayrı dövlətlərdə hava məkanının bağlanması ilə nəticələnən yeni gərginlik dalğası fonunda verilib.
Türkiyə aviaşirkətləri rəhbərlərinin məlumatına görə, dörd ölkəyə reyslər azı sutka ərzində həyata keçirilməyəcək. Adıçəkilən ölkələr istiqamətində uçan təyyarələr qərar qəbul edildiyi məqamda Türkiyənin İstanbul, Diyarbəkir, Elazığ və digər şəhərlərinə yönəldilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...