Türkiyə 2030-cu ilədək “Togg” elektromobillərinin istehsalını 1 milyona çatdırmağı planlaşdırır
Bursadakı avtomobil zavodunun konveyerindən çıxan, Türkiyə istehsalı olan “Togg” elektromobillərinin sayını 2030-cu il üçün 1 milyon vahid göstəriciyə çatdırmaq planlaşdırılır.
Fhnews.az xəbər verir ki, bu barədə Dohada jurnalistlərə “Togg” şirkətinin baş direktoru Gürcan Karakaş bildirib.
“2030-cu ilin sonunadək “Togg”un beş müxtəlif modelinin buraxılışını təşkil etməyi, elektromobillərin ümumi sayını isə 1 milyona çatdırmağı planlaşdırırıq. Tezliklə “sedan” və “kross-kupe” istehsalını təşkil edəcəyik, sonra isə bu sıraya “B-SUV” və “C-MPV” əlavə olunacaq. Bununla da beş türk elektromobilindən ibarət tam sıra əldə edəcəyik”, - deyə Karakaş qeyd edib.
Bununla yanaşı, o, “Togg”un birinci seriyalı modelinə - krossover “T10X”ə yüksək tələbatın olduğunu vurğulayıb. Xatırladıb ki, şirkət artıq qabaqcadan 177 min sifariş alıb.
Baş direktor deyib ki, 2025-ci ildən başlayaraq, satışa “Togg” Fastback “T10F” avtomobili çıxarılacaq.
İlk “Togg” elektromobilləri ictimaiyyətə 2019-cu ildə təqdim olunub. Daha populyar olan SUV seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında aparılıb, o, 4,8 saniyə ərzində saatda 100 kilometrədək sürət yığıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...