Turizm və Menecment Universitetinin 2024/2025-ci tədris ili üçün qəbul planı təsdiqlənib
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) əmək bazarının tələbinə uyğun olaraq kadr potensialını təkmilləşdirmək mədsədilə təhsilin magistratura və bakalavriat səviyyələri üçün qəbul planında bir sıra dəyişikliklər edib.
Fhnews.az xəbər verir ki, ATMU-dan verilən məlumata görə, bakalavriat səviyyəsində 11 ixtisas üzrə ümumilikdə 590 plan yeri ayrılıb. Bunlardan Azərbaycan bölməsi üzrə 435 yer əyani, 55 yer qiyabi, rus bölməsi üzrə 50 yer əyani, ingilis bölməsi üzrə 50 yer əyani təhsil üçün nəzərdə tutulub.
Magistratura səviyyəsində isə 8 ixtisas və 13 ixtisaslaşma üzrə ayrılan 200 plan yerindən 150-si Azərbaycan, 30-u rus, 20-si ingilis bölməsinin payına düşür.
Universitetin MBA proqramında isə 4 ixtisaslaşma üzrə ümumilikdə 150 yer planlaşdırılıb.
Qəbul planının bakalavriat səviyyəsi üzrə əlavə edilən biznesin idarəedilməsi, beynəlxalq ticarət və logistika ixtisaslarının hər biri üçün Azərbaycan bölməsində 25 yer (əyani) nəzərdə tutulub.
Magistratura səviyyəsi üzrə turizm və hotelçilik ixtisasının beynəlxalq turizm və ölkəşünaslıq ixtisaslaşmasında Azərbaycan bölməsində 20 yer, rus bölməsində 10 yer, ingilis bölməsində 10 yer planlaşdırılır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...