23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Turizm sektorunun ölkə iqtisadiyyatında payı pandemiyadan əvvəlki səviyyəyə çatıb

08-07-2024
IMG

2023-cü ildə Azərbaycan 2.1 milyon xarici ziyarətçi qəbul edib. Cari ilin ilk 6 ayında isə ölkəmizə 1.2 milyon əcnəbi gəlib, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım deməkdir.

 Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib.

O bildirib ki, daxili turizm 2022-ci ildə bərpa olunub və 5.2 milyon ölkə vətəndaşı ölkə daxilində turizm məqsədli səfərlər edib, bu da 2019-cu il səviyyəsindən 20 faiz çoxdur. 2023-cü ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 2.7 milyard manat ÜDM istehsal olunub ki, bu da 2022-ci illə müqayisədə 22 faiz artım deməkdir. Ümumilikdə, turizm sektorunun iqtisadiyyatda payı pandemiyadan əvvəlki səviyyəyə, yəni 2.4 faizə çatıb.

 

Paylaş: