Tunis sahillərində 50 qeyri-leqal miqrant xilas edilib
Dəniz mühafizəçiləri Tunisin cənub-şərq sahillərində üç qeyri-qanuni miqrasiya cəhdinin qarşısını alaraq 50 miqrantı batan qayıqlardan xilas edib.
Fhnews.az xəbər verir ki, Tunis Milli Qvardiyası bu barədə özünün sosial media hesabında yazıb.
Məlumata görə, Afrikanın cənubundan olan miqrantlar Sfaks əyaləti sahillərində xilas edilib. Əməliyyat nəticəsində axtarışda olan 28 nəfər saxlanılıb, qayıqlar müsadirə olunub.
Qeyd edək ki, Tunis Avropaya qeyri-qanuni daxil olmaq istəyən miqrantların əsas keçid nöqtələrindən biridir. 2023-cü ildə təxminən 17 min 322 qeyri-qanuni miqrant Tunis sahilləri vasitəsilə İtaliyaya gəlib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...