23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu: “KTZ Express” tranzit həcmlərini artırır

02-02-2024

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində “KTZ Express” transmilli şirkətinin təşkil etdiyi müntəzəm xidmət çərçivəsində cari ilin yanvar ayında Çin istiqamətindən (Sian, Çuntsin, İvu şəhərləri) Azərbaycana (“Abşeron” dəmir yolu stansiyası), Türkiyəyə (İstanbul) və Gürcüstana (Poti, Tbilisi, Batumi) Qazaxıstan ərazisi vasitəsilə tranzitlə 10 konteyner qatarı yola salınıb.

Fhnews.az şirkətin məlumatına istinadla xəbər verir ki, yanvar ayı daşımalarının əmtəə strukturuna minik avtomobilləri, ehtiyat hissələri, metal məmulatlar və inşaat materialları daxildir.

Bu xidmətin xüsusiyyəti onun qeyd olunan cədvələ uyğun dəqiq hərəkət etməsindədir. Həmin cədvələ müvafiq olaraq, qatarlar həftədə üç dəfə yola düşür. Marşrutun orta qət etmə müddəti quru sahə ilə 12-15 gün təşkil edir və yüklərin operativ, etibarlı çatdırılmasına təminat verilir.

Qeyd edək ki, cari ildə Orta Dəhlizlə daşımaların həcmi müsbət dinamika nümayiş etdirir.

Paylaş: