Topqapı Sarayının “Məkkə” və “Mədinə” mövzusundakı iki tablosu bərpa olunur
Türkiyənin zəngin rəsm kolleksiyasına sahib olan Milli Saraylar İdarəsi muzey fəaliyyətinin əsasını təşkil edən bərpa işləri ilə mədəni irsi gələcəyə daşıyır. Türkiyə Milli Saraylar İdarəsinın Rəsm Bərpa və Konservasiya Atelyesi Topkapı Sarayının Müqəddəs Əmanətlər Kolleksiyasına aid olan “Məkkə” və “Mədinə” əsərlərinin bərpasını həyata keçirir.
Bərpa prosesindən sonra sənətsevərlərin ixtiyarına veriləcək əsərlərlə bağlı mətbuata açıqlama verən Milli Saraylar Topkapı Sarayı Şöbə müdiri İlhan Kocaman hər iki əsərin tarixi əsər olmaqla yanaşı, rəssamlıq sənətini də əks etdirdiyini söyləyib. O, işlərin bərpasının 6 ay çəkdiyini və iki aya tamamlanacağını bildirib.
1799-cu il tarixli bərpa edilmiş “Məkkə” əsərində Kəbə və onun ətrafı çox təfərrüatlı şəkildə təsvir edilmişdir. Təxminən 4,5 kvadratmetr ölçüdə olan əsər həm rəsmlər, həm də yazılarla dəstəklənən Məscidül-Həramın içərisində və xaricində tikililəri göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
“Mədinə” əsərinin rəssamı və istehsal tarixi dəqiq məlum deyil. 19-cu əsrə aid olduğu ehtimal edilən rəsmdə miniatür və xəttatlıq nümunələri var.
Yağlı boya texnikası ilə çəkilmiş və təqribən 1,18 kvadratmetr olan rəsmdə Məscid-i Nəbəvi və Mədinə şəhəri ətraflı təsvir olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...