Texniki təhlükəsizlik qaydaları üzrə 6 mindən çox işçinin bilik səviyyəsinin yoxlanılması təmin edilib
“Ötən il texniki təhlükəsizlik qaydaları üzrə biliklərin yoxlanılması sahəsində 3 min 948 nəfər fəhlənin, 2 min 416 nəfər mühəndis-texniki işçinin bilik səviyyəsinin yoxlanılması təmin edilib”.
Fhnews.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, 654 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1465 ədəd texnoloji nəqliyyat vasitəsi ilkin və təkrar qeydiyyata alınıb. Eyni zamanda, 585 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1952 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...