Texniki nasaz yük avtomobilinin yolda qalması avtomobil sıxlığının yaranmasına səbəb olub
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb. Bunun nəticəsində Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti-“Qələbə” dairəsi, eləcə də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
Fhnews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bununla əlaqədar aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması sahəsində tədbirlər görülür.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...