24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Tayvanda zəlzələdə xəsarət alanların sayı mini keçib

03-04-2024

Tayvanda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı mini keçib.

Fhnews.az xəbər verir ki, bu barədə Tayvanın fövqəladə hallara cavab qərargahının hesabatında deyilir.

“Saat 22:00-a (Bakı vaxtı ilə 18:00) olan məlumata görə, fövqəladə vəziyyət nəticəsində 9 nəfər həlak olub, 1 011 nəfər yaralanıb, 143 nəfər isə yardım gözləyir”, - sənəddə qeyd edilir.

Bundan əvvəl 963 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, bu gün (3 mart – Qeyd) səhər Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib.

Saat 07:58-də (Bakı vaxtı ilə 03:58) Hualyan qraflığında qeydə alınan 7,2 bal gücündə yeraltı təkanlar bütün Tayvanda hiss olunub.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri adanın şərq sahillərində, Hualyan şəhərindən 25 km cənub-şərqdə, ocağı 15,5 km dərinlikdə yerləşib.

Zəlzələ Çinin şərqində aydın hiss olunub. Bundan sonra 200-dən çox yeraltı təkan qeydə alınıb.

Paylaş: