Tayvanda yerləşən TSMC Yaponiyada ilk mikroçip fabrikini açıb
Mikroçip istehsalı sənayesinin liderlərindən biri olan “Taiwan Semiconductor” (TSMC) Yaponiyada ilk fabrikini açıb. Yaponiyanın Baş naziri Kişida Fumio açılışa videomüraciətində yarımkeçiricilərin dekarbonizasiya üçün əsas texnologiya olduğunu bildirib.
Fabrikə verilən subsidiyaya işarə edən Kişida hökumətin TSMC-nin yaxınlıqdakı bölgədə planlaşdırdığı ikinci fabrikə də subsidiya verəcəyini açıqlayıb.
TSMC-nin təsisçisi Morris Çanq açılış mərasimindəki çıxışında layihənin Yaponiyada yarımkeçirici istehsalının intibahı olacağını söyləyib. Zavod 2024-cü ilin oktyabr-dekabr ayları arasında 12 nanometr çip də daxil olmaqla yarımkeçiricilərin kütləvi istehsalına başlayacaq.
Yaponiya hökumətinin bəyanatına görə, TSMC-yə məxsus ilk fabrik üçün 1,2 trilyon yen (8 milyard dollar) dəstək veriləcək.
SMC-nin Kumamoto əyalətində 2027-ci ildə istifadəyə veriləcək ikinci obyekti üçün isə maksimum 732 milyard yen (4,8 milyard dollar) subsidiya veriləcək.
Tayvan mediası xəbər verir ki, TSMC-nin xaricdə istehsalı 2028-ci ilə qədər ümumi istehsal gücünün təxminən 20 faizinə çatacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...