Tayvanda itkin düşmüş insanların axtarışı davam edir
Tayvanda son 25 ilin ən güclü zəlzələsindən bir gün sonra xilasedicilər dağıntılar altında qalan və itkin düşən insanların axtarışlarını davam etdirirlər.
Fhnews.az xəbər verir ki, aprelin 4-də səlahiyyətlilər bildiriblər ki, xilasetmə xidmətləri karxanada qalmış altı mədənçini xilas etməyə nail olublar.
Bu arada, yaralanan insanların sayının 1050-yə çatdığı bildirilir. Milli Yanğın Agentliyinin verdiyi məlumata görə, başqa bir karxanada olan 64 işçi də daxil olmaqla, 150-yə yaxın adam dağıntılar altında qalır, onların bir hissəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Daxili işlər naziri Lin Yu-Çan deyib ki, 52 nəfərlə heç bir əlaqə yoxdur, onların qida və suya təcili ehtiyacı var, lakin neçə nəfərin hələ də sağ qaldığı məlum deyil. Səlahiyyətlilər bildiriblər ki, qapalı vəziyyətdə qalan və itkin düşmüş insanların axtarışı Hualien bölgəsinə yönəlib. Tayvanın şərqindəki Taroko Milli Parkındakı bir otelin 40-a yaxın əməkdaşı ilə də əlaqə saxlamaq mümkün deyil.
Aprelin 3-də səhər saatlarında Tayvanda baş verən zəlzələ 23 milyondan çox insanın yaşadığı adanın bütün hissəsində hiss olunub.
Tayvan Meteorologiya Agentliyinin məlumatına görə, maqnituda 7,2-yə çatıb və bu, son 25 ilin ən güclü zəlzələsi hesab olunur. ABŞ Geoloji Xidməti ərazidə 7,4 bal, Yaponiya səlahiyyətliləri isə 7,7 maqnitudanın olduğunu bildirib.
Zəlzələnin mərkəzi Hualien yaxınlığındakı şərq sahilindən cəmi bir neçə kilometr aralıda olub, bu ərazi həm də episentrin nisbətən az dərinliyi səbəbindən xüsusilə ağır zərbə alıb. Burada yeraltı təkanlar yer səthindən cəmi 15,5 kilometr dərinlikdə baş verib.
Cümə axşamı səhər saatlarına olan məlumata görə, Tayvanda 300-dən çox daha az maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...