Tayvanda 7,4 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edilib
Tayvanın şərq sahilindəki Hualien şəhərində 7,4 bal gücündə zəlzələ olub. Yaponiyada hiss olunan zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
ABŞ Geoloji Xidməti (USGS) 7,4 bal gücündə zəlzələnin episentrinin Tayvanın şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu açıqlayıb.34,8 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində bölgədə bəzi binaların dağıldığı bildirilib.
ABŞ Geoloji Xidməti Hualien şəhərindən 11 kilometr şimal-şərqdə, 12,6 kilometr dərinlikdə, birinci zəlzələdən sonra 20 dəqiqə ərzində 6,4 bal gücündə ikinci zəlzələnin qeydə alındığını da açıqlayıb.
Tayvanın Mərkəzi Meteorologiya İdarəsi adanın şimal hissələri üçün sunami xəbərdarlığı edib.
Bildirilir ki, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələdir.
ABŞ Geoloji Xidməti 1-3 metr hündürlüyündə dalğaların Tayvan və Çin sahillərinə çata biləcəyi barədə xəbərdarlıq edib.Kibertəhlükəsizlik və internetə nəzarət təşkilatı "NetBlocks"un məlumatına görə, zəlzələdən sonra Tayvanın bəzi bölgələrində elektrik və internet kəsilib.
Tayvan mediası Hualien şəhərinin şərq sahilindəki Suhua Ekspres yolunun çökmələr səbəbindən nəqliyyatın hərəkətinə bağlandığını bildirib.
Xatırladaq ki, 1999-cu ildə Taypeyin 150 kilometr cənubunda baş verən 7,7 bal gücündə zəlzələ təxminən 2400 nəfərin ölümünə səbəb olmuşdu.
Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkənin cənub-qərbindəki Okinava və Miyakojima adaları üçün hündürlüyü 3 metrə çata biləcək sunami xəbərdarlığı edib.Rəsmi Kyodo agentliyi zəlzələdən sonra sunami dalğalarının Okinava yaxınlığındakı Yonaquni və İşigaki adalarının sahillərinə çatdığını açıqlayıb.
Uçuşların ləğv edildiyi və Okinavadakı Naha hava limanının təxliyə edildiyi bildirilib.Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi səbəbindən sahilyanı ərazilərin boşaldılması barədə xəbərdarlıq edib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...