Tayvanda 6,1 bal gücündə zəlzələ olub
Tayvan aprelin 3-də baş verən 7,2 bal gücündə zəlzələdən sonra yenidən silkələnib. Mərkəzi Hualien şəhərində olan zəlzələnin maqnitudasının 6,1 olduğu açıqlanıb.
Yerli vaxtla saat 02.21-də baş verən zəlzələ paytaxt Taybey və ətraf əyalətlərdə hiss olunsa da, can və mal itkisi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, aprelin 3-də Hualien şəhərində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində azı 17 nəfər ölmüş, mindən çox insan yaralanmışdı.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...