22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Taylandın turizm mərkəzi Chiang Mai dünyanın ən çirkli şəhəri siyahısındadır

16-03-2024

Taylandın turistik şəhəri Chiang Mai havanın çirklənməsinə görə dünyada birinci yerdədir.

Ölkənin turizm mərkəzi olan şəhərdə havanın çirklənməsi ən yüksək həddə yaxınlaşıb - 151-200, bu Hava Keyfiyyəti İndeksinə  görə qeyri-sağlam deməkdir.

Hava keyfiyyətini ölçən Hava Keyfiyyəti İndeksinin veb-saytının cari məlumatlarına görə, Chiang Mai 195 ilə dünyanın ən çirkli şəhəri hesab edilir.
Banqladeşin paytaxtı Dəkkə 184 ilə ikinci, Çinin paytaxtı Pekin 166 ilə üçüncü, Kambocanın paytaxtı Phnom Penh 163 ilə dördüncü, Hindistanın paytaxtı Yeni Dehli isə  160 ilə beşinci yerdədir. 

Taylandın Ətraf Mühitin Çirklənməsinə Nəzarət Departamenti Chiang Mai daxil olmaqla cəmi 8 bölgədə havanın çirklənməsinin insan sağlamlığına mənfi təsir göstərəcək səviyyəyə çatdığını açıqlayıb.

Qeyd edək ki, NASA-nın tədqiqat qrupu Taylandın Ali Təhsil, Elm, Tədqiqat və İnkişaf Nazirliyinin Geo-İnformatika və Kosmik İnkişaf Agentliyi ilə əməkdaşlıq edərək 4 gün ərzində Taylandda havanın çirklənməsini araşdıracaq.

Paylaş: