Taylandda həddindən artıq istilər ölümlərə yol açıb
Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb. Paytaxt Banqkokda ölkənin şimal-şərq bölgələri üçün isti hava xəbərdarlığı edilib. “Bernama News”un məlumatına görə, Tayland Səhiyyə Nazirliyinin açıqlamasında bu ilin əvvəlindən 61 nəfərin isti vurması nəticəsində öldüyü bildirilib.
Açıqlamada havanın temperaturunun 40 dərəcəni keçdiyi paytaxt və ətrafı,eləcə də şimal-şərq rayonları üçün xəbərdarlıq edilib. Ölkənin şimalındakı Lampang bölgəsində havanın temperaturu həftə ərzində 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin temperatur rekorduna 44,6 dərəcə yaxınlaşıb.
Qeyd olunur ki, El Nino hava fenomeni ilin ən isti dövrünü yaşayan Cənub-Şərqi Asiya ölkələrində istidən ölüm riskini artırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...