Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb
Bu günə qədər ölkə üzrə taxıl sahələrinin 62,8 %-də biçin başa çatıb.
Fhnews.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, mexanizatorlar 635 646 hektar sahədə biçin aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 844 hektar artıqdır.
Arpa sahələrinin 86,4 %-də, buğda sahələrinin isə 45,7 %-də biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/ha təşkil edir.
Zəmilərdən bu günə qədər 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır.
Hazırda biçin prosesində 1576 kombayn iştirak edir. Bunun 633-ü “Aqroservis” ASC-nin, 943-ü isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...