22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tanzaniyada leysan yağışları 50-dən çox insanın həyatına son qoyub

14-04-2024

Tanzaniyada bu ay yağan güclü yağışlar nəticəsində azı 58 nəfər ölüb.

Fhnews.az xəbər verir ki, bu barədə brifinqdə ölkə hökumətinin nümayəndəsi Mobhare Matinyi bildirib.

“Aprelin 1-dən aprelin 14-dək daşqınlara səbəb olan leysan yağışlar nəticəsində 58 nəfər həlak olub”, - deyən hökumət rəsmisi bildirib ki, 10 mindən çox evə ziyan dəyib, 76,6 min təsərrüfat zərər çəkib. Daşqınlar ən çox Tanzaniyanın sahil bölgələrini vurub.

 

Paylaş: