Tanzaniyada dəniz tısbağasının ətindən zəhərlənən 8 uşaq ölüb
Tanzaniyanın Pemba adasında dəniz tısbağasının ətini yedikdən sonra 8 uşaq ölüb, 78 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb.
Fhnews.az “The Citizen” qəzetinə istinadla xəbər verir ki, tibbi müayinə nəticəsində uşaqların dəniz tısbağasının ətindən zəhərlənərək öldükləri təsdiqlənib. Zəhərlənənlər qorxduqları üçün xəstəxanalara gec müraciət ediblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Bu, ilk belə hadisə deyil. 2023-cü ilin mart ayında Tanzaniyanın Hind okeanındakı Mafiya adasında dəniz tısbağası əti yeyən yeddi nəfər ölmüşdü. Tanzaniya rəsmiləri dəniz tısbağasının ətinin zəhərli olduğunu bildirib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...