Təhsilin ömrü uzatdığı məlum olub – Araşdırma
Təhsil ömrü uzadır. Norveç Elm və Texnologiya Universiteti və Vaşinqton Universitetinin alimləri bununla bağlı araşdırma aparıblar.
Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, araşdırma nəticəsində məktəbdə və universitetdə keçən hər ilin ömrü uzatdığı məlum olub. Əvvəlcə ilk dəfə təhsil müddəti ilə gözlənilən ömür arasındakı nisbət hesablanıb. ABŞ və Böyük Britaniya kimi sənayeləşmiş ölkələrdən, Çin və Braziliya kimi inkişaf etməkdə olan dövlətlərdən toplanan məlumatlarda hər il formal təhsilin ölüm riskini iki faiz azaltdığı aşkar olunub.
Yanvarın 23-də “Lancet Public Health” elmi jurnalında dərc olunan araşdırmada vurğulanır ki, ibtidai və orta məktəb, lisey və universitet təhsilini başa vurmaq ömür boyu sağlam qidalanmağa bərabər faydalar verir. Bundan əlavə, magistr dərəcəsi olan insanların ölüm riskinin təhsilsizlərlə müqayisədə 34 faiz azaldığı da məlum olub. Digər tərəfdən, 10 il məktəbə getməmək hər gün yerinə yetirilən zərərli vərdişlərin verdiyi ziyana bərabər tutulur.
Araşdırmanın həmmüəlliflərindən biri, Norveç Elm və Texnologiya Universitetində fəaliyyət göstərən Terje Andreas Eikemo təhsilin sağlamlığa ciddi təsirləri olduğuna diqqət çəkib. Bildirib ki, təhsil təkcə sağlamlıq baxımından əhəmiyyətli deyil, həm də insan ömrünü uzadan önəmli amildir.
Britaniyada yerləşən Səhiyyə Fondunun nümayəndəsi David Finch diqqətə çatdırıb ki, təhsil daha yaxşı sosial əlaqələr qurmağa kömək edir və insanların qərar qəbuletmə qabiliyyətini artırır.
Vaşinqton Universitetindən Claire Henson təhsillə gözlənilən ömür arasındakı əlaqəni belə izah edir: “Təhsil almaq imkanı insana sağlam həyat tərzi yaratmağa imkan verir və onu saxlamaq qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirir. Ali təhsil maliyyə və sosial resursları artırır. Təhsilə sərmayə qoymaq əhalinin sağlamlığı üçün mühümdür və siyasətçilər təhsil siyasətini formalaşdırarkən bu təsiri nəzərə almalıdırlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...