24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Təhsildə Keyfiyyət Təminatı Agentliyi fevral ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb

07-03-2024

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) fevral ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Fevral ayı üzrə 265 müraciətçinin 244-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 21 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Fhnews.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 15, dövlət nümunəli olmayan diplom üzrə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbindən 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 77, Rusiyadan 69, Türkiyədən 68, Gürcüstandan 13, Macarıstandan 9, İtaliyadan 7, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 6, ABŞ-dan 4, Belçikadan 2, Çindən 2, Belarusdan 1, Fransadan 1, Hindistandan 1, İsveçdən 1, Kiprdən 1, Litvadan 1, Polşadan 1, Slovakiyadan 1 müraciət olub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 41, maliyyə üzrə 23, beynəlxalq münasibətlər üzrə 18, menecment üzrə 18, hüquqşünaslıq üzrə 15 müraciətçi qeydə alınıb.

Paylaş: