Süni intellekt sayəsində super metan emissiyalarının aşkarlanması sürətlənir
150-dən çox ölkə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı qlobal istiləşmənin 25 faizindən çoxuna təsirli olan metan qazı emissiyalarını 2020-ci ilə nisbətən 2030-cu ilə qədər 30 faiz azaltmağı öhdəsinə götürüb.BMT bu ölkələrə metan emissiyalarını azaltmaqda dəstək olmaq üçün 2021-ci ildə Beynəlxalq Metan Emissiyaları Rəsədxanasını yaradıb.
Həm təbii, həm də insan fəaliyyəti nəticəsində atmosferə buraxıla bilən metan qazının əsas mənbələrindən biri enerji sektorundakı fəaliyyətlər olsa da, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neft və təbii qazdan metan emissiyaları sektoru daha çox sızmalardan qaynaqlanır.
“Super emitentlər” adlanan nəhəng metan qazı sızmalarının aşkarlanması xüsusilə metan emissiyaları ilə mübarizədə əhəmiyyətli olsa da, bu böyük miqdarda sızmalar neft, təbii qaz və kömür hasilatının baş verdiyi ərazilərdə görülür və həftələrlə davam edə bilir.
“Statista” portalının məlumatına görə, 2022-ci ildə ən yüksək super emissiya 184 hadisə ilə Türkmənistanda müşahidə olunub ki, bunların hamısı neft və təbii qazdan qaynaqlanır. Bundan sonrakı sıralama Hindistan və ABŞ ilə bağlıdır. Hindistanda çoxlu super emissiyaların mənbəyi zibilxanalar kimi müəyyən edilsə də, ABŞ-da bu işdə neft və təbii qaz əməliyyatları önə çıxır.
Atmosferdə əhəmiyyətli metan yükü buraxan super emitentlərin aşkarlanması peyklər vasitəsilə aparılan müşahidələrlə mümkün olsa da, bu peyk xidmətinin təmin edilməsi üçün qlobal təşəbbüslər mövcuddur. Avropa İttifaqı Kosmik Agentliyinin Sentinel-5 Prekursor peykinin məlumatları ilə işləyən “TROPOMI” (Troposfer Monitorinq Aləti) proqramı bu təşəbbüslər arasında ən əhatəli məlumat verənlərdən biri kimi göstərilir.
Yaponiya sahillərində 5,1 maqnitudalı...
Təbii fəlakət İspaniyada ÜDM-in artımına...
Somalidən olan 20-dən çox qaçqın Komor...
İngiltərədə 24 saat ərzində 3 şübhəli...
Fırtına İzmirdə məscidin minarəsini...