Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib
FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib.
Tədbirdə FHN-in müvafiq strukturlarının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Baş əməliyyat idarəsinin idarə rəisi mayor Namiq Abdullayev seminarın mahiyyəti barədə ətraflı məlumat verib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyinin əməkdaşı Afiq Həsənov çıxış edərək tədbir iştirakçılarına Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Azərbaycanın bu təşkilatın üzvü kimi üzərinə götürdüyü öhdəliklər barədə geniş məlumat verib.
Seminarda aviasiya hadisələri zamanı axtarış-xilasetmə işlərinin təşkili və aparılma qaydaları haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...