Son üç ayda pensiya ödənişlərinə 1 milyard 613 milyon manat yönəldilib
Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (198 milyon manat) çox olmaqla 1 milyard 613 milyon manat vəsait yönəldilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, pensiya artımı istiqamətində növbəti addım kimi, 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
Son üç ayda 11,9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 114 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...