22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Son bir həftə ərzində ikinci “Boeing” qəzası: Bu dəfə Cənubi Sudanda

01-04-2024

Cənubi Sudanda “Boeing 727” təyyarəsi məcburi eniş edib və bir neçə ay əvvəl qəzaya uğrayan başqa bir gəmiyə çırpılıb.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Malakal aerodromunda baş verib. Təyyarədə eniş zamanı texniki problemlər yaranıb. O uçuş-enmə zolağından bir neçə metr aralıda enib, bundan sonra gəminin təkərləri partlayıb.

Göyərtədə yeddi nəfər olub, biri yaralanıb.

Qeyd edək ki, “Boeing” təyyarəsi ilə qəza halı bir həftə ərzində ikinci, son üç ayda isə ən azı onuncudur.

Paylaş: