Son 1 ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 6 minə yaxın vətəndaşa tibbi xidmət göstərilib
Son 1 ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 6 minə yaxın vətəndaşa tibbi xidmət göstərilib.
TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentindən verilən məlumata görə, Qafqazda ilk kəskin kimyəvi zəhərlənmələrin müayinəsi və müalicəsi ilə məşğul olan Toksikologiya şöbəsinin əsaslı təmirindən və müasir tibbi avadanlıqlarla təchiz olunmasından sonra şöbəyə müraciət edən pasiyentlərin də sayında artım müşahidə olunub. Son bir ildə şöbəyə zəhərlənmə səbəbi ilə 5548 nəfər qəbul edilib ki, bu da ötən dövrlə müqayisədə kifayət qədər yüksək rəqəm hesab edilir.
Onlardan 500-ü uşaq, 2020-si kişi, 3028-i qadın olub. Pasiyentlərə zəruri tibbi yardım göstərilib, düzgün və vaxtında aparılan müayinə və müalicə proseslərindən sonra sağlamlığına qovuşublar. Dərmandan, sirkə turşusundan, dəm qazından zəhərlənmələri halları üstünlük təşkil edib.
Məlumat üçün bildirilib ki, toksikologiya şöbəsində zəhərlənmiş qanın təmizlənməsi üçün ən müasir ekstrokorporal metodlardan istifadə edilir. Həmçinin kəskin dəm qazı zəhərlənmələri üçün barokamera bölməsi də fəaliyyət göstərir.
Şöbə süni tənəffüs aparatları, defebrilyator, EKQ aparatları, təcili yardım arabaları ilə təchiz olunub və sutkanın 24 saatı fəaliyyət göstərir. Reanimasiya otaqlarında 4-ü uşaq çarpayısı olmaqla, dördfunksiyalı 12 çarpayı, monitorlar, infuzomatlar, perfuzorlardan, kəskin böyrək çatışmazlığı halları üçün isə iki yerlik hemodializ və osmos aparatından istifadə edilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...