22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Somali 1,4 milyon doza vəba peyvəndi alıb

01-04-2024

Somali ölkədə vəba xəstəliyinə yoluxma hallarının sayının artması ilə əlaqədar olaraq BMT-nin Uşaq Fondundan (UNICEF) 2,5 milyon dollar dəyərində 1,4 milyon doza peyvənd alıb.

Fhnews.az “The Star” saytına istinadla xəbər verir ki, peyvəndlər xəstəliyin ən çox yayıldığı beş əraziyə paylanacaq. Paytaxt Moqadişoda yanvar ayından bəri 4388 nəfər vəbaya yoluxub və nəticədə 54 nəfər həyatını itirib.

Ümumdünya Səhiyyə məlumatına görə, hazırda qeydə alınan yoluxma hallarının sayı son üç ilin eyni dövründəki orta göstəricidən üç dəfə çoxdur. Vəba xəstəliyinə yoluxmanın bu dərəcədə artması 2023-cü ilin sonunda azı 118 nəfərin ölümünə və 1,2 milyon insanın evini tərk etməsinə səbəb olan “El Nino” hadisələri ilə əlaqələndirilir.

Səhiyyə orqanları və tərəfdaşlar 5,9 milyon dollara başa gələn altı aylıq fəaliyyət planı çərçivəsində xəstəliklə mübarizəyə hazır olduqlarını bildiriblər.

Paylaş: