Sloveniyada yeni AES-in tikintisi ilə bağlı referendum keçiriləcək
Sloveniya parlamentində təmsil olunan partiyalar ölkədə sabit enerji mənbəyini təmin etmək üçün ikinci atom elektrik stansiyasının (AES) tikilməsi ilə bağlı referendumun keçirilməsini təklif ediblər.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, referendumun noyabrın ikinci yarısında keçirilməsini nəzərdə tutan təklifi təqdim edən partiyalar parlamentdəki 90 yerdən 82-nə sahibdir. Bu təklifi dəstəkləyən Ticarət və Sənaye Palatası ikinci AES-in tikintisinin Sloveniya iqtisadiyyatının rəqabət qabiliyyətini saxlamaq üçün ilkin şərt olduğunu bildirib.
Ekspertlərin sözlərinə görə, parlamentin təklifi qlobal enerji böhranı fonunda nüvə enerjisinə artan tələbata uyğundur.
Qeyd edək ki, hazırda Sloveniya və Xorvatiyanın birgə istismar etdiyi NEK atom elektrik stansiyası ABŞ-ın “Westinghouse” kompaniyası tərəfindən tikilib və 1983-cü ildə fəaliyyətə başlayıb. Onun 2043-cü ildə bağlanması planlaşdırılır. Stansiya Sloveniyanın elektrik enerjisinə olan ehtiyacının təxminən beşdə birini ödəyir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...