23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

SİF-in sahibkarlığın maliyyələşdirilməsi prosesində iqlim məsələlərinə yanaşması təqdim edilib

22-02-2024

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda (SİF) Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.

Fhnews.az xəbər verir ki, AİB-in “Dövlət sektorunda idarəçiliyin və səmərəliliyin təkmilləşdirilməsi üzrə texniki dəstək” proqramı çərçivəsində keçirilən görüşdə fondun mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi prosesində iqlim məsələlərinə yanaşması təqdim edilib.

SİF-in İdarə Heyəti sədrinin müavini Eldar Həmidov bildirib ki, fond Azərbaycanda fəaliyyət göstərən sahibkarların “yaşıl layihələrini” güzəştli şərtlərlə maliyyələşdirərək mikro, kiçik və orta biznes subyeklərinin bu istiqamətdə fəaliyyətini təşviq edir. Həmçinin bizneslərin maliyyələşdirilməsində iqlim məsələlərinin nəzərə alınması və təsirin ölçülməsi istiqamətində AİB-in tövsiyələri diqqətə çatdırılıb, əməkdaşlıq imkanları müzakirə edilib.

Paylaş: