Səudiyyə Ərəbistanında qadınların əmək bazarına daxil olması işsizlik səviyyəsinə ciddi təsir edib
Səudiyyə Ərəbistanında işsizlik səviyyəsi ötən ilin dördüncü rübündə ən aşağı səviyyəyə düşüb.Ölkədə qeyri-neft fəaliyyətlərində qeydə alınan artım templəri fonunda qadın işçilərin sayının artması daha çox iş imkanlarının yaradılmasına öz töhfəsini verib. Səudiyyə Ərəbistanı Baş Statistika İnstitutunun məlumatına görə, ötən ilin dördüncü rübünün sonunda vətəndaşlar arasında işsizlik səviyyəsi 7,7 faizə düşüb.Həmin ilin üçüncü rübünün sonunda bu nisbət yüzdə 8,6 olaraq qeyd edilib.
Məlumata görə, Səudiyyə qadın işçilərinin əhaliyə nisbəti 0,6 bənd artaraq 30,7 faizə, Səudiyyə qadınlarının işçi qüvvəsinə qoşulma nisbəti isə 0,4 bənd azalaraq 35,5 faizə düşüb. Səudiyyəli qadınların işsizlik səviyyəsi həmin ilin əvvəlki rübü ilə müqayisədə 2,6 bənd azalaraq 13,7 faizə çatıb.Səudiyyəli kişilər üçün məşğulluğun işçi qüvvəsində iştirak nisbəti də 0,2 bənd azalaraq 63,52 faiz təşkil edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...