Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ustad dərsi keçirilib
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) gənc tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.
Fhnews.az xəbər verir ki, rəsədxanadan verilən məlumata görə, tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov “Qalaktikaların xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda qalaktikalar haqqında ümumi məlumat verib, onların kəşfi, qalaktikalarda müşahidə olunan qırmızı sürüşmə, bir-birindən uzaqlaşmanın ümumi qanunu (Habl qanunu), qalaktikaların morfoloji təsnifatı, qalaktika qrupları və topaları, Süd Yolu Qalaktikası və fəal nüvəli qalaktikalar haqqında danışıb. Həmçinin qalaktikaların yaranma səbəbləri, morfoloji quruluşunun fərqli olması haqqında müasir təsəvvürlərə toxunub.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...