22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şəkərli qidalar uşaqlarda asılılığa səbəb olur

31-01-2024

Bol şəkərli qidalar uşaqlarda asılılığa və piylənməyə səbəb olur və sağlamlıq üçün ciddi təhlükə yaradır.

Fhnews.az tibbi saytlara istinadla bildirir ki, diyetoloqların fikrincə şəkərin çox olması istənilən yaşda olan insanın sağlamlığına mənfi təsir göstərir. Xüsusilə uşaqların şəkərli qidalara meyl etməsi onların toxluq hissini əngəlləyir və normadan artıq yeməyə səbəb ola bilir.

Şəkərin normadan çox istehlakı bağırsaq mikroflorasının pozulmasına gətirib çıxarır və mədə-bağırsaq traktında problemlər yaradır. Eyni zamanda, bu növ qidaların istifadəsi allergik reaksiyalara səbəb olur, artan iştahanı stimullaşdırır və uşaqda piylənmə riskini artırır.

Əsrlər boyu insan orqanizmində yaşamaq üçün yağ toplamaq qabiliyyəti inkişaf edib. Ancaq müasir dövrdə fiziki aktivlik yetəri qədər deyil. Məhz bu səbəbdən insanların böyük bir qismi piylənmədən əziyyət çəkir.

Mütəxəssislərin fikrincə, müasir qida məhsullarının keyfiyyətinin aşağı olması, xroniki kortizol stresi ilə birləşərək, insan orqanizmində intuitiv olaraq piy toxumasının yığılması ilə nəticələnir. Bu da sonradan yağlı təbəqəyə çevrilir. Vaxt keçdikcə bağırsaqlarda çoxlu sayda zərərli bakteriya meydana çıxır, nəzarəti ələ keçirir və insanı daha çox qida qəbul etməyə məcbur edir. Orqanizm sistemindəki nasazlıqlar səbəbindən insan yemək yeyən zaman tox olduğunu anlamır. Nəticədə isə insulin müqaviməti yaranır. İnsan daim aclıq hiss edir və şirniyyat istəyir. Beyin isə orqanizmi enerji mənbələrini desertlərdə, un və yağlı qidalarda axtarmağa məcbur edir.

Paylaş: