Şəkər xəstələrinin həyatında insulin iynələri tarixə çevrilə bilər
Norveç və Avstraliyanın iki universitetinin birgə araşdırması insulin iynələrini tarixə çevirə bilər.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, Sidney Universiteti və Norveç Arktika Universitetinin alimləri “yeyilə bilən” insulin hazırlayıb.
“Nature Nanotechnology” elmi jurnalında dərc edilən araşdırmaya görə, “yeyilə bilən” insulini bədənə kapsul şəklində və ya şokolad parçasına yerləşdirməklə qəbul etmək olar.
Tədqiqatın iştirakçılarından olan Arktika Universitetinin professoru Peter Mccourt bildirib ki, insulini bu şəkildə qəbul etmək daha yaxşıdır, çünki bədənin təcili olaraq insulinə ehtiyacı olan hissələrinə maddəni tez çatdırmaq mümkündür. İnsulin şprislə alınır və bütün bədənə yayılır, beləliklə, arzuolunmaz təsirlərə səbəb ola bilir. Bu gün bir çox dərmanlar ağız vasitəsilə qəbul edilsə də, şəkərli diabet xəstələri indiyə qədər bədənlərinə insulin vurmaq məcburiyyətində qalırlar. Bu problemin səbəbi nanodaşıyıcılarla orqanizmə qəbul edilən insulinin mədədə parçalanmasıdır və buna görə də orqanizmin ehtiyac duyduğu nahiyələrə çata bilmir. Tədqiqat çərçivəsində əldə edilən nəticələr bu problemi aradan qaldırır.
“İnsulinin mədə turşusu və həzm fermentləri tərəfindən parçalanmasının qarşısını alacaq bir örtük hazırladıq. Beləliklə, insulin strukturu zədələnmədən, getməsi lazım olan qaraciyərə çata bilir. İnkişaf etdirilən örtük qaraciyərdə yalnız qan şəkəri yüksəldikdə aktivləşən fermentlər tərəfindən parçalanıb. Qan şəkəri aşağıdırsa, insulin ifraz olunmur”, - deyə P.Mccourt əlavə edib.
Tədqiqatın digər iştirakçısı Sidney Universitetindən Nicholas Hunt diqqətə çatdırıb ki, bu, qanda şəkər yüksəldiyi zaman insulinin qaraciyərdən sürətlə ifraz olunması deməkdir.
Şifahi olaraq qəbul edilə bilən yeni insulinin əvvəlcə qurd, siçan və siçovullar üzərində sınaqdan keçirildiyi bildirilib. Tədqiqatçılar qeyd ediblər ki, yeni insulin metodundan uğurlu nəticələr əldə olunarsa, 2025-ci ildən insanlar üzərində sınaqdan keçiriləcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...