Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
İyunun 3-ü saat 17:00-da www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Fhnews.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də 3 iyun saat 17:00-da başa çatacaq.
2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.
Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...